Iran ABŞ ilə danışıqlara qayıtmaq şərtini açıqlayıb

31-07-2018, 03:43           
Iran ABŞ ilə danışıqlara qayıtmaq şərtini açıqlayıb
İki ölkə arasında dialoqun bərpası üçün ABŞ nüvə razılaşmasına qayıtmalıdır.



APA-nın xəbərinə görə, bunun İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Abutalebi özünün “Twitter”ində yazıb.



“İranın hüquqlarına hörmət, düşmənçiliyin aradan qaldırılması, nüvə razılaşmasının icrasının bərpası. ABŞ və İran arasında danışıqlara yol açmaq üçün atılacaq addımlar bunlardır”, H.Abutalebi yazıb.



Bundan əvvəl ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib.



Qeyd edək ki, mayın 8-də D. Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru