İsrail ordusunda şok istefalar: etnik azlıqlar ayrılır.

1-08-2018, 08:23           
İsrail ordusunda şok istefalar: etnik azlıqlar ayrılır.
İsrail ordusunda gərginlik yaşanır.

Axar.az xəbər verir ki, İsrail dövlətinə sədaqətlə xidmət edən və orduda azsaylı azlıqlardan olan druzilər hərbi xidmətdən boyun qaçırmağa başlayıblar. Hətta orduda daimi xidmət edənlər istefaya çıxır. Onlar İsrail parlamentinin bu yaxınlarda qəbul etdiyi "Yəhudi milli dövlət qanunu"na etirazlarını bildirmək üçün sözügedən addımı atıblar.

Druzilərdən başqa, bədəvi və digər azlıqların da analoji addım atacağı istisna edilmir.

Qeyd edək ki, İsrail parlamenti dövlətin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.