Qurulmuş pusqu Orxan Camalın qrupunu məhv etmək üçün təşkil edilmişdi - Mülahizə...

1-08-2018, 20:51           
Qurulmuş  pusqu Orxan Camalın qrupunu məhv etmək üçün təşkil edilmişdi - Mülahizə...
Beləliklə bu qətllərin məqsədi soyğun deyildi: rus jurnalistləri avtomobilin içində güllə boran edilmişdilər. Düşünürəm ki, bahalı avadanlıq və dollar ovçuları soymaq istədikləri mülkiyyətə daha çox diqqətli olmalı idilər.

Pusqu, öldürmək üçün və bu qrupun məhv edilıməsi üçün qurulmuşdu. Killerlərlər jurnalistlərin marşurutlarını və hərəkət edəcəkləri vaxt çərçivəsini bilirdilər. Bu yaxşı hazırlanmış bir cinayət idi.

Qatillərin turban və ərəb dilində danışmaqları heç kimi hədəfdən və bu cinayətin sifarişçilərinin kimliyini aradan qaldırmır: axı adi müsəlman terrorçu qrupu üçün çox çətin logistikadır, düz deyilmi? Hələ biz Orhan Cemalın fiqurunu nəzərə almasaq belə...
Əlbəttə ki, baş ağrıdıb daha qəliz versiyalara baxa bilərsiniz, amma gəlin əvvəl biz ən sadə və üzdə olan versiyay nəzər salaq: jurnalistlərin öldürülməsi "Wagner" PMC-nin benefisiarları tərəfindən sifariş edilmişdir.

Bu halda motivasiya (və hətta iki) olduqca aydındır:
- istintaq təhdidinin qarşısının alınması (muzdlu əskərlik - hələ də cinayət sayılır, Prigojinin döyüşçülərinin digər cinayətlərindən isə danışmağa dəyməz );
- güc nümayiş etdirmək (bu məsələyə daha çox burnunu soxmaq istəyən hər kəsə aydın bir mesaj).
Camal, Rastorguev və Radçenkonun qətlinin araşdırılmasını İstintaq Komitəsinin öz üzərinə götürdüyü haqda xəbər isə canilər üçün cəzasızlığa tam təminatdır: İstintaq Komitəsi, zəruri hallarda daha aydın şeyləri görməməyi gözəl bacarır.
Viktor Şenderoviç
echo.msk.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.