Orxan Camalın həmkarı sürücünün şübhəli davranışından danışdı

1-08-2018, 22:16           
Orxan Camalın həmkarı sürücünün şübhəli davranışından danışdı
Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonu yerli məsləhətçi ilə görüşə aparan sürücü şübhəli davranıb.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərlə birlikdə sənədli filmin çəkilişində iştirak edən Andrey Konyaxin bildirib.

O qeyd edib ki, sürücü BMT-nin ölkədəki missiyasından olub və MAR-da çalışan fransalı jurnalistlərin bazasında qeyd edilib.

Konyaxin sürücüdən şübhələndiyini öldürülən həmkarlarının da diqqətinə çatdırıb. Amma jurnalistlər sükan arxasında əyləşən şəxsə güvəndiklərini deyiblər.

“Səhəri gün onları yolda saxlayıblar, jurnalistləri qətlə yetiriblər, amma sürücü qəribə halda salamat qalıb”, - Konyaxin bildirib.

Onun sözlərinə görə, çəkiliş qrupu nəzərdə tutulan marşrutdan 23 kilometr uzaqlaşıb.

Jurnalistlərin qarət məqsədi ilə öldürüldükləri ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru