“Facebook” və “Instagram” “feyk” səhifələri bağlayır

1-08-2018, 22:27           
“Facebook” və “Instagram” “feyk” səhifələri bağlayır
“Facebook” və “Instagram” sosial şəbəkələrindəki 30-dan çox səhifə və akkaunt silinib.

İKT.lent.az-ın “RİA Novosti “agentliyinə istinadən verdiyi məlumata görə, bu addım qeyri-dəqiq məlumatların yayılması ilə mübarizə çərçivəsində atılıb.

“Bu gün biz “Facebook” və “Instagram”da 32 səhifə və akkauntu sildik. Çünki onlar qeyri-dəqiq məlumatların yaranması üçün koordinasiyalı fəaliyyətlərə cəlb ediliblər. Belə əməllərə “Facebook”da icazə verilmir. Çünki, biz istəmirik ki, digər insanlar və ya təşkilatlar insanları çaşdırmaq üçün akkauntlar və səhifələr zənciri yaratsınlar”, – deyə “Facebook”un yaydığı məlumatda deyilir.

Bununla belə, konkret olaraq hansı səhifələrin və akkauntların bağlanıldığı barədə məlumat verilmir . Qeyd olunur ki, “Facebook” sosial şəbəkəsi hələ tədqiqatların ilkin mərhələsindədir və bu “feyk” səhifələrin arxasında kimlərin olduğunu bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru