İran parlamenti ölkə prezidentinə bir ay vaxt verdi

1-08-2018, 22:31           
İran parlamenti ölkə prezidentinə bir ay vaxt verdi
İran parlamenti ölkə prezidenti Həsən Ruhaniyə iqtisadi problemlərin aradan qaldırılması üzrə hökumətin fəaliyyəti haqqında hesabat üçün bir ay vaxt verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Mehr” agentliyi məlumat yayıb.

Məlumatlara əsasən, tələbi parlament üzvlərinin 25 faizi dəstəkləyib. Bu isə İran parlamentinə görə ölkə prezidentinin qərara cavab verməli olduğu deməkdir.

“Parlamentin 290 üzvündən 92-si prezident Ruhanidən iqtisadi problemlərin aradan qaldırılması üzrə hökumətin fəaliyyəti haqqında hesabat tələb edib. Müzakirələrdən sonra 80 deputat fikrindən dönməyib”, – parlamentin spikeri Əli Laricani deyib.

O əlavə edib ki, ölkə qanunlarına əsasən, prezident bir ay müddətinə bu tələbə cavab verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru