“Mavi kart”ı olanlar müddətsiz yaşamaq icazəsi aldılar – ALMANİYAda

2-08-2018, 20:21           
“Mavi kart”ı olanlar müddətsiz yaşamaq icazəsi aldılar – ALMANİYAda
“Mavi kart”la Almaniyaya gələn əcnəbilərə daimi yaşamaq icazəsi (oturum) verilib. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb. Məlumatda deyilir ki, “Mavi kart”ı olan 28 min işçinin 85 %-i müddətsiz yaşamaq icazəsi alıb.

2012-ci ildə tətbiq edilən “Mavi kart” sistemindən indiyə kimi 81 min nəfər yararlanıb. Məlumatda deyilir ki, 2018-ci ilin təkcə ilk üç ayında 6800 nəfərə “Mavi kart” verilib. Bu rəqəm 2017-ci ilə nisbətən 18.5 % çoxdur.

Ən çox “Mavi kart”a sahib isə, Hindistan vətəndaşlarıdır. Çin, Rusiya, ABŞ və Türkiyə vətəndaşlarının cəmi “Mavi kart”dan yararlananların 1/4-ni təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru