Amerikalı agentdən sensasiyalı açıqlama: "MKİ rahibi Türkiyədə öldürmək istəyir"

2-08-2018, 21:08           
Amerikalı agentdən sensasiyalı açıqlama: "MKİ rahibi Türkiyədə öldürmək istəyir"
ABŞ-ın Türkiyənin iki nazirinə sanksiya tətbiq etməsindən sonra Federal Təhqiqat Bürosunun sabiq işçisi Sibel Edmonds maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, sabiq agent Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədə ev həbsində saxlanılan rahib Endryu Bransonun məsələsinə həssaslıqla yanaşdığını və bu məsələni ört-basdır etməyə çalışdıqlarını dilə gətirib.

Onun sözlərinə görə, nə zaman rahib Bransonla bağlı irəliləyiş əldə edilsə, MKİ-nin içində kök atan "dərin dəyərlər" olaya müdaxilə etməyə başlayır:

“Bundan başqa, həyat yoldaşı Naurin Bransondan istifadə edərək beynəlxalq qurumlarda Türkiyəni işgəncə və pis rəftar etməkdə günahlarndırırlar. Halbuki, Türkiyə rahibin həyatını xilas edir. Çünki MKİ Bransonu Türkiyədə ikən zəhərləyib öldürməyi və hətta bu cinayəti Türkiyənin üzərinə yıxmağı planlaşdırır”.

Sibel Edmonds ABŞ-ın əlində FETÖ terror təşkilatı ilə bağlı yüzlərlə dəlil sənədi olduğu halda FETÖ-çüləri təhvil verməyib üzərinə bir də rahibi geri istəməsini ikiüzlülük adlandırıb.

“Təəssüf ki, ABŞ-da hökumət böyük xəta etdi və bu qarşılıqsız qalmayacaq. Türkiyədə demokratik hökumət var. Türkiyə bu məhkəmə işini də müstəqil şəkildə davam etdirir. ABŞ-ın belə məntiqsiz tələb irəli sürməsi ikiüzlülükdür. Nə zaman Türkiyə ilə ABŞ-ın münasibətləri düzəlməyə doğru getsə, kimsə mane olmağa çalışır”.

Onun fikrincə, bu maneəni törədən ABŞ prezidenti Donald Trampın kabinetindəndir:

“Prezidentin və onun köməkçisi Mayk Pensin bu mövzudakı bütün cəhdlərinə içəridən müdaxilə edilir. Bunu 6 ay öncə daxili işlər nazirliyi və MKİ daxilindəki qaynaqlarıma istinad edərək açıqlamışam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.