Tramp: “Putinlə boks matçı...”

3-08-2018, 08:39           
Tramp: “Putinlə boks matçı...”
“Helsinkidə Vladimir Putinlə (Rusiya prezidenti –red.) çox gözəl görüş keçirdim. Biz hər şeyi müzakirə etdik… Biz həqiqətən yaxşı yola getdik”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatında mitinqdə çıxışı zamanı deyib.

Sammitə ABŞ-da olan reaksiyanı şərh edən Tramp bildirib ki, ondan rusiyalı həmkarı ilə “boks matçı”nı gözləyirdilər.

Xatırladaq ki, Tramp və Putin arasında birinci tammiqyaslı danışıqlar iyulun 16-da Helsinkidə oldu. Tramp Putinlə növbəti görüşü 2019-cu ildə keçirmək istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru