İndoneziyada zəlzələ nəticəsində 82 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2

6-08-2018, 00:00           
İndoneziyada zəlzələ nəticəsində 82 nəfər ölüb - VİDEO - YENİLƏNİB-2
Bazar günü İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölən insanların sayı 82 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində minlərlə insan təxliyyə edilib.

***22:58

Bakı. 5 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, onlarla insan xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinə istinadən "DPA" nəşri məlumat yayıb.

Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

***19:33

Bakı. 5 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində 16 nəfər həyatını itirib.

"Report" "Dpa" nəşrinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru