İsrail hərbçiləri "TRT"nin müxbirini saxlayıb

6-08-2018, 18:56           
İsrail hərbçiləri "TRT"nin müxbirini saxlayıb
İsrail hərbçiləri Türkiyənin "TRT" televiziya kanalının əməkdaşı, fələstinli müxbir İbrahim Rantisi saxlayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onun İordan çayının Qərb sahilindəki evində axtarış aparılıb.

O, son bir həftə ərzində İsrail hərbçiləri tərəfindən saxlanılan 6-cı fələstinli jurnalistdir. İyulun 30-da “Əl-Qüds” telekanalında işləyən 4 müxbir və avqustun 1-də radionun bir əməkdaşı tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.