Super şanslı insan: Oğlan beyin xərçənginə qalib gəldi, 8 il sonra isə başı onurğa sütunundan tam ayrıldı, amma sağ qaldı...

8-08-2018, 00:54           
Super şanslı insan: Oğlan beyin xərçənginə qalib gəldi, 8 il sonra isə başı onurğa sütunundan tam ayrıldı, amma sağ qaldı...
İndiana ştatının Plimut yaşayış məntəqəsində anadan olan 22 yaşlı Brok Meyster 16 yaşında ağır beyin xərçənginə qalib gəlib.

8 il sonra isə avtomobil qəzasına düşüb, bəbəxt hadisə nəticəsində onun qafa tası bütünlüklə onurğa sütunundan ayrılıb. Tibbdə buna daxili başsızlıq deyilir. Bu cür zədələrdən sonra insanlar çox nadir hallarda sağ qalır, amma Brok taleyin bu zərbəsinə də sinə gərə bildi.

“Tanrı məni inanılmaz sınaqlardan keçməyə məcbur etdi. Mənə elə gəlir ki, o bununla məni yoxlayır”,- Brokun baş verənlərə münasibəti belədir.

Neyrocərrah Kaşif Şeyh əmindir ki, bəzi insanlar Tanrının seçilmiş bəndələridir. “Brok kiçik yaşlarında bədxassəli beyin xərçənginə qalib gəlib, bir neçə il sonra isə daha bir ölümcül zədədən tam sağalıb. Bu doğrudan da inanılmazdır”.

Brok 2018-ci ilin 12 yanvarında avtomobil qəzasına düşüb. Hadisə belə olub: Bir dəstə gənc birlikdə nahar etdikdən sonra göl kənarına yollanır. Amma onların avtomobili buz üzərində sürüşərək yoldan çıxır, yalnız son anda sürücü maşını saxlamağa müyəssər olur.

Maşın sürüşəndə təhlükəsizlik kəməri Broku oturacaqda saxlaya bilmir və oğlan bilaixtiyar avtomobilin şüşəsini dağıdır. Özünə gələndən sonra oğlan xatırlayırdı ki, başı qan içində olub, boynu da çox ağrıyırmış.Maşın dayananda isə hətta yerindən qalxıb nəsə demək istəyib,amma dili sözünə baxmayıb.


“Həmin anlar aldığım zədənin nə dərəcədə ciddi olduğunu anlamırdım”.

Meysteri Saut-Benddəki Memorial Hospitala çatdırıblar, orada onun başı ilə boynunun rentgen müayinəsininin nəticələrini görən həkimlər gözlərinə inanmayıb.


Əməliyyatdan sonra Brokun boynu.

Rentgen müayinəsinin nəticələri gəncin boyun ardı zədə aldığını aşkarlayıb. Onun qafa tası bütünlüklə onurğa sütunundan ayrılıbmış. Tibbi sənədlərdə bu daxili başsızlıq kimi qeyd edilib.

Bu cür zədədən sonra sağ qalmaq çox az adama nəsib olur, çünki adətən zədə nəticəsində qafa tası ilə onurğa sütununun fiziki ayrılması ilə bərabər, beyni və onurğa beynini qidalandıran qan damarları da xəsarət alır.

Brok Meyster adı çəkilən hospitalın tarixində bu cür zədədən sonra sağ qalan ikinci pasientdir.Meysterin anası, bütün dostları və tanışları bunu əsl möcüzə adlandırır.

Gecə saat 2-də neyrocərrah Kaşif Şeyhi evindən hospitala çağırılıb. Nə qədər qəribə səslənsə də, illər öncə 16 yaşlı Broku 3-cü dərəcəli bədxassəli beyin xərçəngindən müalicə edən də məhz həmin cərrah olub.

Elə həmin gecə cərrahlardan ibarət komanda ilə birgə Broku əməliyyat edən, xüsusi vint və millərlə gəncin qafa tasını onurğa beyninə bərkidən Şeyh xatırlayır ki, gördüyünə inanmaq üçün rentgen müayinəsinin nəticələrini təkrar-təkrar nəzərdən keçirməli olub. Cərrahın dediyinə görə, bundan qat-qat yüngül zədələrdən belə dünyasını dəyişən insanlar olub.

Əməliyyatdan sonra Meyster çox tez zamanda sağalıb və artıq fevralda xəstəxanadan evə buraxılıb. Amma həkimlər yalnız bir neçə gün əvvəl ona xüsusi boyun tutqacını çıxarmağa icazə veriblər.

Brok deyir ki, indi yeganə arzusu tezliklə bütün xoşagəlməzlikləri unudub normal həyata dönməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.