Amerikalı komandir Suriyanı qan gölünə çevirdiklərini etiraf etdi: “Hər saatın hər dəqiqəsində Rakkanı bombaladıq”

7-08-2018, 21:57           
Amerikalı komandir Suriyanı qan gölünə çevirdiklərini etiraf etdi: “Hər saatın hər dəqiqəsində Rakkanı bombaladıq”
Beynəlxalq Amnistiya Təşkilatının apardığı araşdırma, ABŞ-ın lideri olduğu koalisiyanın Rakka əməliyyatı zamanı onlarla mülki vətəndaşın öldürüldüyünü qəbul eləməyə məcbur edib.

Beynəlxalq Amnistiya Təşkilatının apardığı araşdırmalar nəticəsində ABŞ-ın lideri olduğu koalisiya iyun ilə 2017-ci ilin oktyabr tarixləri arasında həyata keçirdiyi hava bombardmanları zamanı 24 uşaq və 35 qadın da daxil olmaqla 77 nəfər mülki vətəndaşlın qətlə yetirildiyini iyulun 26-da qəbul eləmişdi. BAT-ın Rakkada apardığı araşdırmalar nəticəsində dinc vətəndaşların öldürülməsi sənədləşdirilib. Koalisiya isə bundan əvvəl bu barədə deyilənlərə məhəl qoymur, koalisiya rəhbərləri mediada və cəmiyyət arasındakı çıxışlarında Amnistiya Təşkilatının araşdırmalarını ciddi hesab eləmədiklərini bildirirdilər.

Məsələ ilə bağlı açıqlama verən Beynəlxalq Amnistiya Təşkilatının müşaviri Donatella Rovera deyib: “Dəlillərimizin əhatəliliyini nəzərə alsaq, ABŞ-ın lideri olduğu koalisiyanın öz məsuliyyətini qəbul eləməsi təəccüblü deyil. Bu, eyni zamanda koalisiyanın Rakka əməliyyatı zamanı çox sayda dinc vətəndaşın öldürülməsi ilə bağlı mövqeyində 180 dərəcəlik dönüş deməkdir.

Lakin bu, aysberqin yalnız görünən hissəsidir. Araşdırmalarımız sadəcə 4 hadisəni əhatə edir; sağ qalanlar və şahidlərlə apardığımız görüşlər öldürülən mülki əhalinin sayının min nəfərə yaxın olduğunu göstərir. İŞİD-in Rakkadan çıxarılmasından 1 ilə yaxın müdət keçməsindən sonra bu detalların gizli saxlanılmasının heç bir hərbi və ya təhlükəsizlik tədbiri hesab edilməsi bəhanəsi yoxdur. Bu cür detallar mülki vətəndaşların öldürülməsinə və ya şikəst edilməsinə səbəb olan hücumların hüquqa uyğunluğunu müəyyənləşdirməkdə son dərəcədə mühümdür. Koalisiya, Rakkadakı xətaları ilə bağlı hesab verməsə, gələcəkdə dinc vətəndaşların öldürülməsinə səbəb olmaqdan necə uzaq ola bilər?”

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq üzrə təhqiqatçısı Benjamin Valsbi isə bildirib: “Heç bir şey ölənləri geri qaytara, qorxunc zərbələri yox edə bilməz. Koalisiya indi heç olmasa, sağ qalanlara və həyatlarını itirənlərin ailələrinə təzminat və reabilitasiya kimi bərpa proqramları həyata keçirməli, ədalətin və bərpaetmənin qüsursuz şəkildə təmin edilməsi məqsədilə istintaqa başlamalıdır. Koalisiya İŞİD əvəzinə dinc əhalinin bombalandığı bu hücumların hər birində məlumatları necə əldə elədiklərini və vurmazdan əvvəl hədəfləri necə müəyyənləşdirdiklərini açıqlamalıdır”.

Hesabatda hücumların şiddəti və mülki itkilərə dair ipucu olaraq aşağıdakılar yazılıb: “Koalisiya 2017-ci il iyunun 28-da həyata keçirdiyi bir hücumda 8 mülki vətəndaşın öldürüldüyünü qəbul eləmiş olsa da, eyni gün şəhərdə 16 hücum həyata keçirilmişdi. 2017-ci il iyulun 18-dəki bir hücum zamanı 11 dinc vətəndaşın öldürüldüyünü qəbul eləməsinə rəğmən eyni gün 46 hücum keçirilmişdi. Eyni zamanda, Rakkada 12 oktyabrda keçirdiyi 29 hücumdan birində 16 dinc vətəndaşın öldürüldüyünü qəbul edib. Avqustun 20-də Rakkada keçirilən 52 hücumdan sadəcə iki dənəsində 42 mülki vətəndaşın öldürüldüyünü qəbul edib. Bunlar koalisiya qüvvələrinin heç dayanmadan və ya ABŞ baş çavuşu Con Ueyn Trokselin ifadə elədiyi kimi “hər saatın hər dəqiqəsində” Rakkanı bombaladığı dörd aylıq əməliyyatın sadəcə bir neçə günüdür”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.