Moskvadan Ermənistanı Türkiyəyə vermək təklifi

8-08-2018, 23:36           
Moskvadan Ermənistanı Türkiyəyə vermək təklifi
Paşinyana müraciət: "Rusiyanı rahat burax"

Paşinyan Qərbdə olmaq istəyir, amma ucuz qazı, silahı və təhlükəsizlik zəmanətini isə Rusiyadan tələb edir.


İstiPress-in məlumatına görə, bu barədə MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev bildirib.

Onun fikrincə, ermənilər beynalxalq arenada öz mövqelərini çox dəyişmək istəyirlər. Ekspert bildirib ki, Sarkisyanın zamanıanda əsas yönüm Rusiyaya idi, qərb istiqaməti ilə tamamlanırdı. Paşinyan isə tamamilə Qərbə yönəlmək istəyir. Amma bununla yanaşı əvvəlki kimi Rusiyadan ucuz qaz, güşəztli şərtlərlə silah və əlbəttə ki, kredit almaq istəyir:

"Amma səni Qərb belə çəkirsə get, Rusiyanı da rahat burax. Əgər sən Qərbin belə sevimlisisənsə, qoy onlar da səni Qarabağda qorusunlar, qoy (NATO üzvü) Türkiyədən sənin təhlükəsizliyinin qayağısına qalsınlar, yedirsinlər, içirsinlər və kredit versinlər",- deyə Vladimir Yevseyev vurğulayıb.

Yevseyev bu günlərdə erməni mətbuatında Ermənistanı böyük fəlakətlərin gözlədiyini vurğulayıb: "Məgər Azərbaycan açıq şəkildə Qarabağda müharibəyə hazırlaşmır? Bunun üçün öz qanunvericiliyini dəyişmir? Bu, Naxçıvanda vəziyyəti həddindən gərginləşdirməyəcək? Özü də Türkiyə ora daha fəal cəlb olunur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru