İrəvanda həbslər: Sabiq baş nazirin qardaşı tutuldu - VİDEO

9-08-2018, 10:33           
İrəvanda həbslər: Sabiq baş nazirin qardaşı tutuldu - VİDEO
1 mart qırğınları ilə əlaqədar açılmış cinayət işi çərçivəsində Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan həbs edilib.

Axar.az xəbər verir ki, Henrix Abramyanı Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxalayıb. Onun 6-7 avqustda Ambik Gevorkyanın adına qeydiyyatdan keçirilmiş mexaniki təmir zavodunda aparılan axtarışdan sonra həbs edildiyi bildirilib. Araşdırma nəticəsində zavoddan 3 pulemyot, 7 avtomat, 2 SVD snayperi, 2 tapança və çox sayda patron aşkarlanıb. Abramyanla bərabər Gevorkyan da həbs edilib.

Qeyd edək ki, Ovik Abramyan Serj Sərkisyanın köhnə komandasının üzvüdür. Hakimiyyətdən getməyinə rəğmən o, dövlətin müəyyən açar nöqtələrinə hələ də güclü təsir etmək imkanlarına sahib olub. Abramyan həmçinin yenidən hakimiyyətə qayıtmağa ən şanslı namizədlərdən biri idi. Ovik Abramyan zamanında öz vəzifəsindən Sərkisyanın təzyiqlərindən sonra gedib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru