İtaliyanın baş naziri Genuyada körpünün uçması nəticəsində ölənlərin dəqiq sayını açıqlayıb

15-08-2018, 06:50           
İtaliyanın baş naziri Genuyada körpünün uçması nəticəsində ölənlərin dəqiq sayını açıqlayıb
İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 22 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bunu İtaliyanın baş naziri Cuzeppe Konte bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan 9-nun vəziyyəti çox ağırdır: "Son məlumatlara əsasən, 22 nəfər həlak olub, 16 nəfər xəsarət alıb, onlardan 9-nun vəziyyəti çox ağırdır".

Baş nazir əlavə edib ki, körpünün uçması inanılmaz faciədir, çünki burada söhbət bədbəxt hadisədən deyil konstruksiyanın çökməsindən gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru