İtaliyada zəlzələ baş verib

15-08-2018, 06:56           
İtaliyada zəlzələ baş verib
Çərşənbə gününə keçən gecə Mərkəzi İtaliyada 4,9 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Adriatik dənizinin Apennin sahillərində yerləşən Kampobasso əyalətində olub. Zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb.

Hazırda tələfat barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.