Parisin ən izdihamlı küçələrində açıq ayaqyolular yerləşdirilib – Fotolar

15-08-2018, 07:39           
Parisin ən izdihamlı küçələrində açıq ayaqyolular yerləşdirilib – Fotolar
Paris küçələrində, yerləşdirilən “ekoloji və qoxusuz” açıq ayaqyolular test edilməyə başlanılıb. Fransanın paytaxtı Parisdə, şəhərin ən izdihamlı küçələrinə qırmızı rəngli, düzbucaqlı şəklində saxsıya bənzər açıq ayaqyolular yerləşdirilib.

“Uritrottoirs” adı verilən bu ayaqyolularn, “ekoloji və qoxusuz” olduğu bildirilib. İdrarın yığıldığı hissədə quru samanın yerləşdiyi və su israfının qarşısını alacağı ifadə edilib.

Qeyd edək ki, bu Parisdə yerləşdirilən ilk açıq ayaqyolu deyil. Bundan əvvəl də üç fərqli nöqtəyə yerləşdirilən bu ayaqyoluların yerləri və istifadəsi müzakirə edilib. Bəzi vətəndaşlar, xalqa açıq, izdihamlı yerlərdə olmasından şikayətçi olarkən, bəziləri bu ayaqyoluların faydalı olduğunu deyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru