Rusiyada mədən çökdü: 2 işçi yerin altında qaldı 16-08-2018, 07:39 Rusiyanın Sverdlovsk vilayətinin Krasnoturinsk rayonunda mədəndə uçqun olub. Axar.az xəbər verir ki, 2 nəfər uçqun altında qalıb. Onlardan biri həlak olub, digəri isə yaralanıb. Olay yerinə xilasedici briqada cəlb edilib. 130 fəhlə mədəndən təxliyə edilib. Facebook-da paylaş