Bütün ABŞ 11 yaşlı hakerdən danışır - Seçkiləri saxtalaşdırmaq ÇOX ASAN İMİŞ

16-08-2018, 07:48           
Bütün ABŞ 11 yaşlı hakerdən danışır - Seçkiləri saxtalaşdırmaq ÇOX ASAN İMİŞ
ABŞ vətəndaşı 11 yaşlı Emmet Bryuver Florida ştatında keçirilən seçkilərdə səsvermə üçün istifadə edilən veb-saytı hekləyib.

Publika.az xəbər verir ki, bu barədə dünyanın ən böyük haker sistemi olan "DEFCON 26"-nın idarəçiləri məlumat yayıb.

Xəbərə görə, 11 yaşlı Emmet bu işə 10 dəqiqədən az vaxt sərf edib.

Belə ki, hər il minlərlə hakerin qatıldığı "DEFCON 26"-nın mərasiminə bu il bir qrup uşaq da dəvət edilib. Onlara ABŞ-ın seçki sistemi ilə bağlı olan 13 veb-sayta hücum tapşırılıb. Yaşları 8-16 arasında olan 50 uşağa partiyaların və namizədlərin adları, həmçinin onların topladığı səs faizlərinin dəyişdirilməsi üzrə tapşırıqlar verilmişdi.

Emmet də həmin uşaqlar içində olub və o, Florida ştatında istifadə edilən veb-sayta daxil olmağı bacarıb.

Veb-saytlar orijinal olmasa da, təlimdə istifadə olunan saytlar orijinalları ilə eyni dərəcədə qapalı olub və hər hakerin ələ keçirə bilməyəcəyi parametrlərdə düzəldilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru