Kanada ABŞ-ın Myanmaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib

18-08-2018, 07:11           
Kanada ABŞ-ın Myanmaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib
Kanadanın xarici işlər naziri Kristya Friland bildirib ki, Ottava Vaşinqtonun Myanmaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazirin Kanada hökumətinin rəsmi saytında dərc olunan bəyanatında deyilir.

ABŞ-ın Maliyyə Nazirliyi Myanmanın 4 fiziki şəxsi və 2 hərbçisinə qarşı sanksiya tətbiq edib. Qadağalar insan haqlarının pozulması ilə bağlıdır.

"Kanada bu gün (Cümə günü – red.) Myanmada rohincalılar və digər etnik qrupların hüquqların kobud şəkildə pozulması və onlara qarşı amansız cinayətlərin törədilməsində müqəssir olanlara qarşı tətbiq edilən sanksiyaları qətiyyətlə dəstəkləyir", — deyə Friland bildirib.

Onun sözlərinə görə, Kanada Myanmada davam edən böhranla əlaqəli şəkildə məşğul olmaq və məqsədli sanksiyaların səmərəliliyini gücləndirmək üçün ABŞ və digər həmfikir tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru