«ABŞ Bransonun azad olunması üçün Türkiyəyə haqq ödəməyəcək…» – TRAMP

18-08-2018, 01:29           
«ABŞ Bransonun azad olunması üçün Türkiyəyə haqq ödəməyəcək…» – TRAMP
Amerika Birləşmiş Ştatlarıın (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi amerikalı pastor Bransonu satın almayacaq.

«Biz, günahsız insanın azad olunması üçün heç nə ödəməyəcəyik, amma Türkiyəyə yönəlik xərclərimizi azaldacağıq. Uzun müddət Türkiyə öz maraqları üçün ABŞ-dan istifadə edib» – deyə, Tramp öz «Tvitter»ində yazıb.

Amerikalı pastor Endryü Bransonu 2016-cı ilin oktyabrında FETÖ ilə əlaqədə şübhəli qismində həbs ediblər.

Ankara FETÖ-nü terrorçu qruplaşma hesab edir. Branson həm də fəaliyyəti Türkiyədə qadağan olunmuş terrorçu Kürd Fəhlə Partiyasını (PKK) dəstəkləməkdə ittiham olunur.
azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru