«Çin ordusu ABŞ və müttəfiqlərinə zərbə endirməyi məşq edir» – PENTAQON

18-08-2018, 07:33           
«Çin ordusu ABŞ və müttəfiqlərinə zərbə endirməyi məşq edir» – PENTAQON
Pentaqon Çindən şübhələnir ki, səmaaltı ölkə öz hərbçilərini Amerika Birləşmiş Ştatlarına (ABŞ) və müttəfiqlərinə zərbə endirməyə hazırlayır.

Bu barədə 2018-ci il üçün Çin silahlı qüvvələri barədə məruzədə söhbət açılır. Məruzə müdafiə nazirliyinin saytında dərc olunub.

«Son üç ildə Çinin silahlı qüvvələri suüstü hərbi əhatə zonasını sürətlə genişləndirib və strateji əhəmiyyətli dəniz rayonlarında belə əməliyyatlar təcrübəsi əldə edib və şübhəsiz ki, silahlı qüvvələri ABŞ-a və müttəfiqlərinə zərbə endirməyə öyrədib» – məruzədən sitat gətirilir.

Pentaqonun bəyanatında deyilir ki, hələlik məlum deyil ki, öz gücünü nümayiş etdirməklə, Çin Vaşinqtona hansı siqnalı göndərmək istəyir.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru