Pentaqon Trampın təyyarəsinin interyerinə 34 milyon dollar xərcləyib

18-08-2018, 07:00           
Pentaqon Trampın təyyarəsinin interyerinə 34 milyon dollar xərcləyib
Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyi (MN) ABŞ Prezidenti Donald Tramp administrasiyasının iki təyyarəsinin «dəbdəbəli» interyeri üçün 34 milyon dollar vəsait xərcləyib. Həmin təyyarələrdə vitse-prezident Maykl Pens, dövlət katibi Mayk Pompeo, birinci Ledi Melanya Tramp və Trampın özü uçurlar.

Pentaqonun sənədlərinə istinadla, «Defense One» portalının xəbər verdiyi kimi, avqustun 14-də ABŞ hərbi-hava qüvvələri (HHQ) “Boeing” şirkəti ilə 16 milyon dollarlıq kontrakt imzalayıb. Kontraktın şərtlərinə görə, aviasiya korporasiyası hər iki prezident təyyarəsinin (“Boeinq 747″) interyer elementlərini təzələyəcək. Bundan başqa, şirkət təyyarələri rəngləyəcək, salonun əsaslı təmizlənməsini həyata keçirəcək, yeni xalça örtüyü çəkəcək və oturacaqları dəyişdirəcək.

Bundan başqa, portalın xəbərinə görə, ötən ilin yayında Pentaqon prezidentin ehtiyat təyyarəsinin yeni intreyerinə 18 milyon dollar xərcləyib.
azpolitika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru