ABŞ İraqı hədələdi: İrana qarşı çıxmasan...

19-08-2018, 08:57           
ABŞ İraqı hədələdi: İrana qarşı çıxmasan...
ABŞ hökuməti İraqı növbəti dəfə hədələyib.

Axar.az xəbər verir ki, Donald Tramp administrasiyası İraqın İrana qarşı sanksiyalara qoşulmayacağı halda rəsmi Bağdada da sanksiya tətbiq edəcəyini bəyan edib.

Vaşinqtonda fəaliyyət göstərən iraqlı vəzifəli şəxslərdən biri məsələ ilə bağlı açıqlamasında ABŞ-ın İraq-İran münasibətlərinin gərginliyini anladığını, ancaq yenə də sanksiya ilə hədələdiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə İraq Baş naziri Heydər Abadi İrana qarşı sanksiyalara qoşulmayacağını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru