Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı — FOTO + VİDEO

19-08-2018, 17:48           
Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı — FOTO + VİDEO
Ukraynada Kiyev vilayətinin polisləri “Dato Ağcabədili” ləqəbli “qanuni oğrunu” saxlayıblar.
Teref.az oxu.az -a istinadən xəbər verir ki, bu barədə Facebook-da Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin bildirib.

“Dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü “Dato Ağcabədili” (Məmmədov Cavid İltizam oğlu – red.) saxlanılıb. Bu “turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində üç gəl gəlişinə qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”, - deyə, Abroskin yazıb.
O əlavə edib ki, Ukraynada digər “qanuni oğrular” da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru