Trampdan qəzəbli etiraz –Rusiya ilə bağlı təhqiqatı "Makkartizm" adlandırdı

19-08-2018, 22:35           
Trampdan qəzəbli  etiraz –Rusiya ilə bağlı təhqiqatı "Makkartizm" adlandırdı
ABŞ prezidenti Tramp Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsinə dair təhqiqatı “makkartizm” adlandırıb.

Donald Tramp Ağ Ev müşavirinin məsələ ilə bağlı ifadə verməsinə göstəriş verdiyini bildirib. O, dolayı yollarla 1950-ci illərdə kommunistslər əleyhinə iş aparan senator Cozef Makkartiyə işarə edib. Tramp Tvitter hesabında The New York Times –ın məqaləsi ilə bağlı yazıb ki, müşavir Don Makqan xüsusi təhqiqiatçı Robert Mülleri qeyri-adi faktlarla təmin edib.

Məsələyə şənbə günü münasibət bildirən ABŞ dövlət başçısı məqaləyə olduqca qəzəbli reaksiya verib. Belə ki, məqalədə Don Makqan Trampın əleyhinə danışdığını iddia edib. Prezident deyib ki, “Don Makqan Con Din kimi siçan siyasəti yürütmür”.

Din Uotergeyt qalmaqalında iştirak edən Riçard Niksonun hakimiyyəti dövründə hüquqşünas məsləhətçi vəzifəsində çalışıb. O, prokurorluqla əməkdaşlıq verməyə razılaşaraq Nikson prezidentliyiə son qoyulmasına yardım edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru