105 yaşlı amerikalı hərbçi diplomunu 83 ildən sonra alıb –FOTO

20-08-2018, 07:34           
105 yaşlı amerikalı hərbçi diplomunu 83 ildən sonra alıb –FOTO
ABŞ-da təqaüdə çıxmış 105 yaşlı keçmiş hərbçi Bill Voqt 1935-ci ildə ala bilmədiyi diplomunu 83 ildən sonra əldə edib.

AZƏRTAC sozcu.com.tr saytına istinadla xəbər verir ki, Bill Voqt İkinci Dünya və Koreya müharibələrində ABŞ donanmasında xidmət edib. Sonra bir müddət Pentaqonda işləyib və oradan da təqaüdə çıxıb.

B.Voqt üçün San Dieqo Universitetinin şəhərciyində xüsusi mərasim təşkil edilib. Universitetin nümayəndələri onun həmin dövrdən indiyə qədər sağ qalan yeganə hərbçi olduğunu bildiriblər.

105 yaşlı keçmiş hərbçi 1931-ci ildə ali məktəbə daxil olsa da, məzun olduqdan sonra iş axtardığı üçün buraxılış mərasimində iştirak etməyib və buna görə də o, diplom ala bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru