ABŞ nüvə bombardmanının görüntülərini yaydı – VİDEO/FOTO

23-08-2018, 09:36           
ABŞ nüvə bombardmanının görüntülərini yaydı – VİDEO/FOTO
ABŞ-ın Sandia Milli Laboratoriyası F-15 “Strayk İql” qırıcısından B61 nüvə bombasının atılmasını təsvir edən kadrları yayıb.

Publika.az xəbər verir ki, video təşkilatın yutub kanalında dərc edilib.

Videoçarxda iki hadisə göstərilib. Onlardan birində Amerika hərbi təyyarəsi böyük hündürlükdə, ikinci halda isə 270 metrdən bir az çox hündürlükdə uçuş zamanı taktik nüvə silahını atır.

Bombanın düşməsi zamanı paraşüt açılır. Onun nüvə yükünün olmadığı bildirilir.

Həmçinin qeyd edilir ki, sınaqlar iyulun 11-də Nevada ştatının Tonopa poliqonunda keçirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru