Neftçala rayonu "baş notarius"suz qalıb

26-07-2019, 20:03           
Neftçala rayonu "baş notarius"suz qalıb
Neftçala rayonu "baş notarius"suz qalıb


Dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsi və sənədlərin möhür ilə təsdiq edilməsi ilə Ədliyyə Nazirliyinin tabeçiliyində olan rayon notariat kontorları məşğul olur. Demək olar ki, hər gün vətəndaşlar bu kontorlara müraciət etməli olurlar. Neftçalada da belədir . Amma bu rayonda pis bir ənənə yaranıb.



NUH.az-a daxil olan məlumata görə, hər il dövlət notariusu Nəcəfova Səadət Əşrəf qızı əmək məzuniyyətinə çıxanda rayonda aləm qarışır bir-birinə. Vətəndaşlar hara müraciət edəcəklərini bilmirlər. Və Səadət xanımın nə vaxt iş başına qayıdacağını günlərlə, həftələrlə gözləməyə məcbur olurlar. Guya Səadət xanım "otpuska"da olanda Neftçaladan olan vətəndaşların müraciətinə Salyanın baş notariusu Mirismayıl Hüseynov baxmalıdır. Nə vaxt, necə baxmalıdır, bax bunu bilən yoxdur. İndi Neftçala camaatı "Əhməd haradadır?" filmindəki kimi "Səadət xanım haradadır?" sualı üzərində baş sındırır. Görəsən cənab ədliyyə naziri Fikrət Məmmədov bu barədə nə düşünür ?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru