Bu şəxslər imtahansız işə qəbul olunacaq – Azərbaycanda yenilik

28-07-2019, 10:32           
Bu şəxslər imtahansız işə qəbul olunacaq – Azərbaycanda yenilik
Azərbaycanda bundan sonra Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə (test imtahanı və müsahibə) əsasında aparılmayacaq.
Teref.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla qüvvəyə minən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

Həmin şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur.

Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru