Trampın Bakıya dəstəyi: müqavilə nəyin göstəricisidir?

14-09-2019, 09:19           
Trampın Bakıya dəstəyi: müqavilə nəyin göstəricisidir?
Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın ölkəmizlə münasibətləri daha da yaxşılaşmağa başladı. Kəşfiyyat avadanlıqlarının satılması barədə müqavilə məhz bundan xəbər verir.

Bu sözləri Axar.az-a politoloq Əhəd Məmmədli ABŞ-ın Hərbi Dəniz Sistemləri Komandanlığının VSE korporasiyası ilə 10 082 812 dollar həcmində müqavilə imzalamasına münasibət bildirərkən deyib. O bildirib ki, bu müqavilənin bağlanması Azərbaycan-ABŞ münasibətlərini yeni müstəviyə qaldıracaq:

“Əvvəllər iki ölkə arasındakı əlaqələri heç də ürəkaçan adlandırmazdım. Tramp hakimiyyətə gələndən sonra isə fərqli siyasətin şahidi oluruq ki, bu siyasət Azərbaycanla münasibətlərdə də özünü göstərməkdədir. Ümumiyyətlə, rəsmi Bakı ABŞ -la da hərbi əməkdaşlığı gücləndirmək xəttini seçib. Düşünürəm ki, bu, ölkəmizin milli maraqları baxımından çox düzgün yoldur”.

Ə.Məmmədli bildirib ki, ölkəmiz təhlükəsizliyini qorumaq üçün ən düzgün olan addımları atır:

“Bu müqavilə bizim üçün çox önəmlidir. Hesab edirəm ki, bu əməkdaşlıq sayəsində gələcəkdə bizim üçün böyük imkanlar yaranacaq. Həmçinin, sözügedən müqavilə Azərbaycanın təhlükəsizliyi üçün də vacib məsələdir”.

Qeyd edək ki, ABŞ-ın Hərbi Dəniz Sistemləri Komandanlığı VSE korporasiyası ilə 10 082 812 dollar həcmində müqavilə imzalayıb. Müqaviləyə əsasən, VSE Azərbaycana antiterror və əks-kəşfiyyat qurğuları çatdırmalı, eləcə də Xəzər dənizində Azərbaycanın dəniz təhlükəsizliyi proqramına dəstək üçün ölkə daxilində təlimlər keçirməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru