Görəcəyik Paşinyan sözünün üstündə dura biləcək, ya yox?! - Həsənovdan müharibə anonsu

16-09-2019, 07:47           
Görəcəyik Paşinyan sözünün üstündə dura biləcək, ya yox?! - Həsənovdan müharibə anonsu
Hesab edirəm ki, biz hərbçilər bu polemikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir.

Teref.az xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan “Mir Şahin vaxtı” verilişində Ermənistanın Baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları ilə bağlı deyib.

“Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtda olacaq. Görəcəyik ki, o öz sözünün üstündə dura biləcək, ya yox?! Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi onlara layiqli cavab verib. Heç Ermənistan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Boş-boş danışmaq onlara qalacaq”.

Nazir bildirib ki, 2016-cı ildə Azərbaycan ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gün ərzində darmadağın etdi:

“Məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə... Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz “yiyə”lərinin yanına ki, “qoymayın qırırlar”. Lakin mən inanmıram ki, ikincidə bunların “yiyə”ləri bunların arxasında dayana bilsin”, - deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru