“Bu xəbər məni dərindən kədərləndirdi” - Putinə başsağlığı
13-12-2015, 20:35
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı ölkə Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
teref.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.
Qeyd edək ki, sözügedən yanğında 21 nəfər ölüb, 22 nəfər ağır yaralanıb.