Nazir müavini Çovdarovun donosçusu imiş - Keçmiş səhiyyə işçisindən şok müraciət
25-12-2015, 10:59
Səhiyyə Nazirliyi Əczaçılıq və Tibb Sənaye Birliyinin keçmiş baş dirketoru (ad və soyad bizə bəlli olsa da, hələlik açıqlamırıq) baş prokurorun birinci müavini Rüstəm Usubova müraciət edib. Müraciətdə deyilir: "Mən uzun illər SəhiyyəNazirliyi sistemində müxtəlif rəhbər vəzifələrdə işləmişəm və dövlət tərəfindən qüsursuz işlədiyimə görə çoxlu mükafatlara layiq görülmüşəm. Son iş yerim Səhiyyə Nazirliyi Əczaçılıq və Tibb Sənaye Birliyinin baş direktoru vəzifəsi olub.
sehiyye-nazirliyi
Səhiyyə Nazirliyində bu sahə nazir müavini Elsevər Ağayevin kurasiyasındadır. Mənim bu vəzifədən azad olunmağım haqda ərizəmi MTN-in idarə rəisi Akif Çovdarovun hədə-qorxusu ilə Elsevər Ağayev öz kabinetində alıb. Ərizəm heç yerdə qeydiyyatdan keçmədən və kollegiya iclasına çağırmadan işdən azad olunmuşam. Nazir müavini Elsevər Ağayev mənə "sən bilirsən, bizim nazirlik MTN-lə əməkdaşlıq edir və Səhiyyə Nazirliyi adından əməkdaşlıq etmək haqqında məktubu MTN-ə mən hazırlayıb göndərmişəm” dedi və bu adla da mənə hədə-qorxu gəlirdi…
Hörmətli Rüstəm müəllim!
Bu vəzifədə işlədiyim beş-altı ay olardı ki, özünü MTN-in işçisi kimi təqdim edən Azər adlı şəxs məni MTN-ə dəvət etdi. Mən bu haqda Elsevər Ağayevə məlumat verdim. O, mənə göstəriş verərək "get də” dedi. "Axı orda mənim nə işim var?” söylədim. O, mənə "yəqin pul istəyirlər, apar ver, yoxsa sənin işin ağır olar” dedi.
Sən demə, Elsevər Ağayevin bu işdən xəbər varmış və özü bu işi "Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoru Əbülfəz Abdullazadə ilə birgə qurubmuş. Doğrudan da MTN-ə Akif Çovdarovun yanına gedəndəmənim qarşımda haqq vermək məsələsi qoyuldu. Etiraz edəndə Azər, o cümlədən Akif Çovdarov mənə "səninlə işləyə bilmərik” dedilər. Sonra Akif Çovdarov mənə "sən bizimlə əməkdaşlıq edə bilməzsən”, "mənim aylıq ”rasxodum” 450 min manatdan çoxdur”. Məhz buna görə də Akif Çovdarovun göstərişilə işdən azad olundum. O, mənə dedi ki, səhiyyə nazirinin müavini Elsevər Ağayevlə "Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoru Əbülfəz Abdullazadə bizə "donos” verənlərdir”.
Əldə etdiyimiz məlumata görə, artıq şikayətçi Baş Prokurorluğa çağırılıb və ifadəsi alınıb. Beləliklə, əgər bu məsələ ciddi araşdırılacaqsa, o zaman "MTN işi” Səhiyyə Nazirliyinə sıçraya, burada da təmizləmələr, həbslər həyata keçirilə bilər.///azadliq.info