İsmayıllıda “Dağ çiçəkləri” ədəbi məclis toplandı.
26-12-2015, 13:36
teref.az - 1968-ci ildən İsmayıllı rayonunun “Zəhmətkeş” qəzeti redaksiyası nəzdində fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclis üzvlərinin rayon ictimayyəti ilə görşü keçirilib.
Yüksək təntənə, dolğun məzmunu ilə fərqlənən tədbir rayon mədəniyyət Mərkəzində reallaşdı. Musiqili ədəbi –bədii görüşə RİH-nin başçısı Mirdaməd Sadıqov, vaxtıilə şəhər 3 saylı tam orta məktəbin məzunları olmuş tanınmış şair Marif Soltan, hüquq elimləri üzrə fəlsəfə doktoru, publisist Simran Həsənov,qonaq qismində şairlərdən Tofiq Nurəli, Ağacəfər Həsənli, bədii qiraətçi Tahirə Ağasıyeva, “Dağ çiçəkləri” və İsmayıllı yazarlar birliyinin üzvləri, ziyalılar, gənclər, ağsaqqallar, ictimayyətin nümayəndələri və digər poeziyasevərlər toplanmışdırlar.
Foyedə məclis üzvlərinin kitablarından ibarət sərgi də təşkil olunmuşdu.
Tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək qeyd etdi ki, bədii sözün qüdrəti tarixlər boyu yaşamış, yaşayır və yaşayacaqdır.Umummilli lider Heydər Əliyev elm və sənət adamlarına, şair və yazıçılarımıza həmişə geniş qiymət vermiş, onlar üçün yüksək yaradıcılıq imkanları yaratmışdır. Ölkə rəhbəri cənab İlham Əliyev də iqtisadi inkişafla yanaşı mənəvi quruculuğa da böyük diqqət göstərir. Şair və yazıçılarımızın sosial həyatının yaxşılaşdırılması, yaradıcılıq imkanlarının artması üçün ardıcıl tədbirlər görür.
Tədbirdə qonaqlar və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri çıxış edərək öz şeirlərini söylədilər. Musiqi və mahnı ilə müşayət olunan ədəbi-bədii görüşdə Musa Yaqub və Baba Vəziroğlunun şerlərinə bəstələnmiş mahnılar ifa olundu.
Sonda “Dağ çiçəkləri” ədəbi məclisinin bir qrup fəal üzvü, RİH başçısı tərəfindən mükafatlandırıldı. Ədəbi dərnəyin fəal üzvü bir neçə kitabın müəllifi “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədovun 65 illiyinə həsr olunmuş kitabının təqdimatı oldu.
“Dağ çiçəklər”inin ictimai birlik kimi qeydiyyatdan keçirilməsi və fəaliyyəti üçün qanuni əsasda maliyyə imkanları yaradılması qərara alındı. Ədəbi məclisin toplantısı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş, hamını razı salan maraqlı tədbir oldu.
teref.az