Azərbaycanda orqan satışı - GİZLİ ÇƏKİLİŞ

30-04-2020, 02:43           
Azərbaycanda orqan satışı - GİZLİ ÇƏKİLİŞ
Azərbaycanda böyrəyini pul müqabilində satan insanlar var.

Teref.az xəbər verir ki, BAKU.TV əməkdaşının internetdə rastına çıxdığı bu kimi elanlar bu araşdırmanın yaranmasına səbəb olub. Böyrəyini satanlar əsasən kişilərdir. Qiymətlər isə müxtəlifdir. 10 mindən 70-80 min manat arasında dəyişir.

Məsələyə hüququ tərəfdən baxanda könüllü şəkildə orqan satan şəxsi 3 il, məcburi qaydada, hədə-qorxu yolu ilə qorxudaraq orqan alan şəxsi 4 il azadlıqdan məhrum etmə cəzası gözləyir.

Böyrəyini satmaq istəyənlər hərəsi bir səbəbdən bunu etmək istəyir. Məsələn, 50 yaşlı Tahir adlı şəxs böyrəyini 50 min manata sataraq işlərinin bir qismini reallaşdırmaq istəyir.

Azərbaycanda orqanın alqı-satqı ilə həyata keçirilməsi qadağandır. Bu proses yalnız xeyriyyə məqsədilə reallaşa bilər. Sonda bir ürəkaçan məqamla reportajımızı bitiririk. Azərbaycanda böyrəyini xanıma verən bir gənc sonradan onunla ailə qurub. Bunu bizə 3 il əvvəl qızı üçün böyrək axtarmış ata deyib.

Daha ətraflı Baku TV-nin hazırladığı videomaterialdan izləyə bilərsiniz:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru