Maliyyə Nazirliyi 8 qarajın 24-ə çatdırılmasına niyə göz yumub?

1-05-2020, 13:18           
Maliyyə Nazirliyi 8 qarajın 24-ə çatdırılmasına niyə göz yumub?
Azərbaycanda dövlət satınalmalarında, dövlət ehtiyacları üçün torpaqların alınmasında korrupsiya sxemlərindən istifadə haqda dəfələrlə məlumatlar yayılır. Hüquq mühafizə orqanları belə məlumatları araşdırıb hüquqi qiymət versə, dövlət maraqlarını təmin etmiş olarlar.

Yasamal rayon İcra Hakimiyyəti (RİH) Bakı şəhəri, Ç.Mustafayev küçəsi, 43 saylı binanın satın alınması ilə bağlı açıqlama vrib. Açıqlamadan bəlli olur ki, işə heç bir aidiyyatı olmayan şəxslərin adlarını hallandırmaqla, məhkəməyə iddia ərizəsi ilə müraciət edənlərə təyziq olunur və burada məqsəd baş vermiş qanunsuzluqların ört-basdır edilməsidir.

Reportyor.info xəbər verir ki, Maliyyə Nazirliyinin və “Azər Ekspert” müstəqil ekspertin bəzi əməkdaşları Bakı şəhəri, Ç.Mustafayev küçəsi, 43 saylı binanın dövlət ehtiyacları üçün satın alınacağını əvvəlcədən biliblər.

“İnformasiya qızıldır” deyiminə uyğun hərəkətə keçən müstəqil ekspertin bəzi əməkdaşları “Azər Ekspert”in müdiri (15 sentyabr 2014-cü ildə), yəni Bağırov İlham Qismət oğlu və qohumları: bacısı – Məmmədova Xanım Qismət qızı (12 aprel 2017-ci ildə) və həmin şirkətə Maliyyə Nazirliyi tərəfindən təhkim edilən əməkdaşı Abdullayev İlham (Aparatın rəhbəri Cavanşir Yusifovun müavini) qızı Quliyeva Ləman İlham qızının adına (19.12.2016-cı ildə) mənzillər alıblar. Burada qanunsuz heç nə yoxdur.

Amma məsələyə bir qədər dərindən yanaşanda bəlli olur ki, binanın inşaat pasportunda faktiki olaraq 6 qaraj olduğu halda (bina 1 bloklu olub) müstəqil ekspert qarajların sayını 24-ə qədər artırılıb. Onlar da yuxarıda göstərilən şəxslərin və onların başqa qohumlarının adlarına alqı-satqı edilib.

Sonradan mövcud olan və mövcud olmayan həmin əmlaklar dövlət tərəfindən satın alınıb! Mövcüd qanunvericiliyinə əsasən binanın yaşayış və qeyri-yaşayış sahələrindən əlavə aparıcı konsturksiyaları, dəhliz, pilləkan və həmçinin binanın yerləşdiyi torpaq sahəsi sakinlərin ümumi mülkiyyəti hesab olunur. Bu səbəbdən onlar da kompensasiya edilməli idi. Lakin binanın həqiqi sakinlərinə və mülkiyyətçilərinə bu məbləğ ödənilməyib. Bu səbəbdən həmin sakinlər məhkəməyə müraciət ediblər.

Maraqlıdır ki, bundan dərhal sonra bu xəbər mətbuta ötürülüb və binada yaşayan, öz hüquqlarını, mənafelərini qorumağa çalışan sakinlərin adları, yaxınlarının adları hallandırmağa başlayıb.

Maraqların toqquşması baxımından Maliyyə Nazirliyinin əməkdaşı İlham Abdullayevin qohumlarının adına, bilavasitə qiymətləndirmə aparan və bu prosesdə inhisarçı mövqeyə malik “Azer Ekspert”in rəhbəri İlham Bağırovun mənzillər və qeyri-yaşayış sahələrinin binanın sökünütü prosesində özünün və qohumlarının adına rəsmiləşdirməsi yolverilməzdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.