Azərbaycanda məhkəmələrin fəaliyyəti bərpa edilir - Tarix açıqlandı

2-05-2020, 20:04           
Azərbaycanda məhkəmələrin fəaliyyəti bərpa edilir - Tarix açıqlandı
Mayın 4-ü saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunur.

Teref.az xəbər verir ki, bu barədə “Report”a Ali Məhkəmədən məlumat verilib.

Qəbul olunmuş qərarda məhkəmələrə tövsiyə edilib:

- Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin;

- Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın;

- Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu masklardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun;

- Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin;

- Vətəndaşların qəbulu zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl etməklə bərpa olunsun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru