Milli Məclis Ali Məhkəməyə namizədliyi irəli sürülən hakimləri təsdiqlədi - SİYAHI

5-05-2020, 11:15           
Milli Məclis Ali Məhkəməyə namizədliyi irəli sürülən hakimləri təsdiqlədi - SİYAHI
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb.

“Report”un xəbərinə görə, iclasda Bakı Apellyasiya Məhkəməsinin hakimləri – Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, İlham Əhmədov, Elşad Şamayevin, Gəncə Apellyasiya Məhkəməsinin hakimi - İspəndiyar Şəfiyevin, Şirvan Apellyasiya Məhkəməsinin hakimi – Fehruz Abbasovun, Şəki Apellyasiya Məhkəməsinin hakimi – Mübariz Hüseynovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Bundan əlavə, iclasda Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru