Təhsil Nazirliyindən dərslərlə bağlı AÇIQLAMA

5-05-2020, 18:11           
Təhsil Nazirliyindən dərslərlə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi dərslərlə bağlı açıqlama yayıb.
Teref.az trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev açıqlamasında “Virtual məktəb” layihəsində iştirak etməmək dərs proqramından geri qalmaq anlamına gəlməməlidir deyib.

Onun sözlərinə görə, bəzən valideynlər hansısa səbəblər üzündən övladlarının “virtual məktəb” layihəsində iştirak edə bilmədiklərini deyirlər:

“Mən müəllimlərə, şagirdlərə və valideynlərə müraciət edərək bildirmək istəyirəm ki, “Virtual məktəb” portalı teledərslərə yardımçı vasitədir. Bu gün şagirdlərin proqramdan geri qalmaması üçün onların tədris proqramına müvafiq olaraq “Dərs vaxtı” proqramı çərçivəsində teledərslər keçirilir. Bu teledərslər şagirdlər üçün yetərlidir. Düzdür, “Virtual məktəb” layihəsində iştirak etmək şagirdlər üçün müsbət haldır. Amma orada iştirak edə bilməmək də dərs proqramından geri qalmaq mənasına gəlmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru