Milli Məclisin Aparat rəhbərinin xidmətinə YENİ TƏYİNATLAR

7-05-2020, 23:11           
Milli Məclisin Aparat rəhbərinin xidmətinə YENİ TƏYİNATLAR
Struktur islahatları çərçivəsində yaradılan Milli Məclisin Aparat rəhbərinin xidmətinin təşkili prosesi başa çatıb.

Teref.az-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, Milli Məclis Aparatının Katibliyində işindən azad edilən Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov Aparat rəhbərinin xidmətinə təyinat alıb.

Elxan Əhmədov Aparat rəhbərinin xidmətində də Aparat rəhbərinin köməkçisi olacaq. Aparat rəhbərinin xidmətində Məxfi sənədlərlə iş sektorunun müdiri İlqar Cəfərov, İnformasiya məsələləri və elektron sənəd dövriyyəsinin təşkili sektorunun müdiri Elçin Quliyev, Kodifikasiya sektorunun müdiri Lalə Ramazanzadə də yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru