Rus əsgərlərinin "ikinci Xocalı" cinayətləri: “Təcavüz, xədim etmə, qulaq kəsmə, dağlama…” - FOTOLAR

29-12-2015, 22:23           
Rus əsgərlərinin "ikinci Xocalı" cinayətləri: “Təcavüz, xədim etmə, qulaq kəsmə, dağlama…” - FOTOLAR
Ukraynada Rusiya hərbçilərinin törətdiyi cinayətlərlə bağlı hesabat hazırlanıb.

Cebhe.info sənədin polşalı həmmüəllifi, keçmiş polis əməkdaşı Adam Novakın inosmi.ru-ya müsahibəsini təqdim edir.

- Siz Rusiya cinayətlərinin sənədləşdirilməsi işinə necə cəlb olundunuz?

- Bir nəfər mənə dedi ki, Molqojata Qosevskada rusların cinayətləri barədə məlumatlar var. O, qurbanlarla bağlı məlumat toplamaq, şahidləri danışdırmaq və hesabat üçün təcrübəli adam axtarır. Həmin adam bilirdi ki, mən polisdə işləmişəm, kriminal işlərin təhqiqatı ilə məşğul olmuşam, mütəşəkkil cinayətkarlıqla mübarizə aparmışam. Mən razılaşdım. Daha sonra mənə Mərkəzi Təhqiqatlar Bürosunda işləyən həmkarım, redaktə qabiliyyəti olan başqa bir nəfər qatıldı. Bu, bizim komanda idi.

- Ukraynalılar bu işdə iştirak edirdilərmi?

- Ukraynalı könüllülər bir neçə nəfərin şahid ifadəsini topladılar. Qalanlarını biz özümüz səfərlər zamanı həll etdik. Bu səfərlər 2015-ci ilin aprelindən başladı.

- Neçə nəfəri danışdırdınız?

- 70-ə yaxın. Onlardan ancaq ikisi Polşada, qalanları Ukraynada idi

- 70 nəfər - bu çoxdur?

- Bu, işin ancaq fraqmentidir. İnformasiyanı toplayan kimi onu emal etməyə başladıq. Daim başqa-başqa adamlardan məlumatlar alırdıq. Bəziləri indi də ifadə vermək istəyir. Ancaq biz onları istifadə etmək imkanında deyilik. Çünki bu halda iş 1,5-2 il davam edə bilərdi. Əgər Haaqa Məhkəməsi bu materiala maraq göstərsə, (Mən ümid edirəm ki, belə də olacaq)biz başqa şahidlərin də ifadələrini təqdim edə bilərik.

- Niyə şahidlər anonim saxlanılıb?

- Anonimliyim qorunması belə təhqiqatlarda standart prosedurdur. Bütün qurbanlar sənəddə C-1, C-2 kimi adlandırılır. «C» ingilsi dilindəki «case» - hadisə sözündən götürülüb. Əgər beynəlxalq məhkəmə işə başlasa biz onları qurbanlarla əlaqələndirəcəyik. Bir neçə nəfər artıq açıq şəkildə mətbuatda çıxış edir.

- Siz ilk söhbətinizi xatırlayırsınız?

- Bu, Donbas batalyonunun könüllüsü idi. O, əsir düşmüşdü. Daha sonra hər şey zəncirvari başladı. O özü kimi əsir düşən yoldaşlarını tanıdı, onlar bizə istiqamət verdilər. Bizə lazım olan koordinatları Molqojata Qosevska və ukraynalı könüllülər verdilər. Bizim demək olar ki, maliyyəmiz yox idi, ukraynalılar özləri də təəccüblənirdilər ki, deputat maşın sürür, kisədə yatər. Biz deyəndə ki, o, Donbasda güllə altnda da olub hamı təəccüblənirdi. Bu da həmsöhbətlərimizn ürəyini bizə açmasına kömək edirdi.

Одиннадцатая ежегодная большая пресс-конференция президента России Владимира Путина

- Hamısı danışmağa hazır idi?

- Bəziləri yox. Təəssüf ki, biz çox dəhşətli bir hadisəni sənədləşdirə bilmədik. Qız əvvəlcə razılaşmışdı, ancaq sonra danışa bilmədi.

- Onun başına nə gəlmişdi?

- Onun 22 yaşı var. Çeçen muzdluların əlinə düşmüşdü. Onu 2 həftədən çox saxlamışdılar. Ardını məncə deməmək də olar.

- O, indi hardadır?

- Psixiatriya xəstəxanasında. Onun ordan nə zamansa çıxıb-çıxmayacağı məlum deyil.

- Sizin sənəddə zorlanma haqqında heç nə yoxdur.

- Biz zorakılığa məruz qalan qadınlardan ifadə ala bilmədik. Əgər orda çox zaman keçirsəydik, nəsə tapa bilərdik. Zamanımız dar idi. Bəzən gecələr bir nəfərin yanından başqasının yanına gedirdik. Qosevska maşın sürürdü, biz yatırdıq, sonra biz məlumat toplayırdıq, o yatırdı.

- Hardan məlumdur ki, təcavüz halları olub?

- Bu qadınları himayə edən şəxslər, şahidlər, bu səhnələri görən şəxslərdən…



- Sizin görüşdüyünüz insanların reaksiyası necə idi?

- Müxtəlif cür. Bir dəfə kişi ilə görüşdük, o sərxoş idi, təşvişə düşdü və qaçdı. Bəzən bizə şikyət edirdilər ki, Ukrayna hökuməti onlarla maraqlanmır. Yaşlı kişi ilə danışırdıq. O, 10 dəqiqə mənə qışqırdı: “Siz niyə heç nə etmirsiniz? Hakimiyyəti aldınız və indi isə bizə kömək etməkdənsə pul qazanırsınız”. O, mənə Ukrayna hakimiyyətinin nümayəndəsi kimi qışqırırdı. Mən imkan verdim ki, o qışqırsın, sonra isə ona polşalı olduğumu dedim. O, özünə gəldi, üzr istədi və ifadə verdi.

- Hökumət doğrudan kömək etmir?

- Mən ancaq gördüyümü deyə bilərəm. Bu insanlar yaranmış vəziyyətin təsiri altındadılar. Əsir düşən “kiborqlar” (Donetsk aeroportunu mühafizə edən hərbçilər) azad ediliblər. Onlar təkcə psixoloji yox, həm də fiziki cəhətdən pis durumdadırlar. Onları ütü ilə yandırıb, qaynar su ilə dağlayıblar. Tibbi yardımdan məhrum qalıblar. Ordu və məmurlar da onlarla maraqlanmır.

- Onlara kimsə kömək edirmi?

- Könüllülər. Mənə elə gəlir ki, Ukrayna könüllülər sayəsində müqavimət göstərib. 2014-cü ildə könüllülər düşməni dayandırıb, ordunun islahat keçirməsinə imkan yaradıb. Başqa qrup könüllülər onları yedirdir. Onlar əsirlikdən, yaxud döyüşdən yaralı qayıdanda onlarla yenə könüllülük əsasında məşğul olurlar. Hərdən Ukraynada bizdən soruşurdular: “Siz bunu bizim üçün niyə edirsiniz?”

- Ən çox yaddaqalan hadisə hansı oldu?

- Kiborqlardan biri ilə söhbətimiz oldu. Mən onu unuda bilmirəm. Baxmayaraq ki, psixoloji distansiyanı qorumağa çalışıram. O yaralı halda əsir düşüb, deyirdi ki, ruslar ona kömək etmək əvəzinə daha da incidiblər. Rusiyalı sanitar qadın isə həmkarlarını dilə tutmağa çalışırdı ki, onu xədim etsinlər. Xoşbəxtlikdən iş bu yerə gəlib çatmadı. Bir ukraynalı əsgər danışırdı ki, onu çeçenlər əsir alıb. Çeçenlər ondan soruşurlarmış ki, onunla necə davransınlar? Ürəyini çıxartsınlar, cinsiyyət üzvünü, yoxsa qulaqlarını kəssinlər? O, qulaqlarıın seçdi və onun qulaqlarını kəsdilər. Sonra komandir gəlib və başqalarına da bunun edilməsinə imkan verməyib. Onun fotosu hesabatda var, qulaqları yoxdur.



- Bu, Rusiya cinayətləri haqqında ilk hesabatdır?

- Buna qədər iki, ancaq nisbətən qısa hesabatlar olub. Birini Brüsseldən olan qrup hazırlayıb və Haaqaya göndərib. Bu hesabat qısadır, cəmi 30 səhifədir. Orda əsasən qurbanlara yer verilib. Bizim məqsədimiz isə başqadır.

- Necədir?

- Şahidlərin ifadəsi əsasında cinayətkarların müəyyən edilməsi və sənədin hazırlanması.

- Nə qədər cinayətkar müəyyən etmisiniz?

- Onlarla. Bəzilərini ləqəbi var, orda təsvir ediliblər. Bəzilərinin isə hətta soyadı, doğum tarixi, yeri barədə də məlumat var.

- Ləqəblərin göstərilməsinə etiyac varmı?

- Bəli, çünki bu hesabat intenetə yerləşdirilir, əminik ki, onu elə adamlar oxuyacaq ki, bu ləqəblərin sahiblərini tanıyacaqlar. Tutaq ki, bizim əlimizdə David adlı şəxsin təsviri var. Qurban deyib ki, hadisələrə qədər Donetsk milisində bölmə rəisi işləyib. Bu hesabatı həmin milis bölməsindəki əməkdaşlar da oxuyacaq. Şans var ki, onu kimsə tanıyacaq və bziə informasiya verəcək. Anonim, internet ünvanı vasitəsilə.

- Siz açıq mənbələr hesabına günahkarları müəyyən etdiniz?

- Bizim gizli məlumatı əldə etmək imkanımız yoxdur. Ukraynanın interneti bizə çox kömək etdi. Orda istər iqtidar, istərsə də könüllülərin Donetsk barədə çoxlu informasiya verdiyi saytlar var. Bizim hərbi cinayətlərdə şübhələndiyimiz adamlardan bir çoxu bunu heç gizlətmir də. Əksinə sosial şəbəkələrdə bu barədə öyünürlər.



- Misal çəkə bilərsinizmi?

- Məsələn bir kişi var. Adı hələlik cinayətkarlar siyahısında yoxdur. Onun sağ qurbanını hələ tapa bilməmişik. Biz hesabata ancaq şahid ifadələrində yer alan adamların adlarını daxil etmişik. Onun adı Aleksey Milçakovdur, Peterburqdandır. 20-dən artıq yaşı var. Bu silsilə qatillər törədən adamın cizgilərinə malik monstrdır. Sosial şəbəkələrdə boğazını kəsdiyi itin şəklini paylamaqla fəaliyyətə başlayıb. Bununla o, əsl kişi olduğunu göstərməyə çalışırdı. Könüllü olaraq Donbasa gedib, “Rusiç” adlı batalyona rəhbərlik edib. “Rusiç”lar nasist təxəyyüllü adamlardır. Facbook-da o, cəsədlərlə şəkillərini paylaşırdı, psixopat tipdir. Rusiyada onu qəhrəman hesab edirlər, Ukrayna üzrə ekspert kimi televiziyaya dəvət edirlər.

- Siz onun qurbanlarını tapmadınız?

- Sağ olanları yox. Bizdə hələlik onun cinayətlərinin siyahısı var.

- Müəyyən etdiyiniz qatillər kimlərdir?

- Müxtəlif insanlardır. Ən qəddarları Qafqaz respublikalarından olan muzdlular, çeçenlər, osetinlər və Don kazaklarıdır. Onlar xüsusi qəddarlıqla fərqlənirlər. Başqa qruplar da onlardan geri qalmır. Məsələn, “Rus provaslav ordusu” adlı qrup var. Onlar Rusiyadan olan könüllülərdir. Xüsusi aqressiya ilə fərqlənirlər. Provaslav kilsəsinə ibadət etməyənlər qarşı qəddardırlar: “Onları öldürmək olar”.Ukraynalı protestantlara qarşı da çox aqressivdirlər. Müharibəyə qədər orda kiçik provaslav icması vardı. Onlar bir neçə keşişi öldürdülər. Bəzən isə onlar hətta ailələri ilə bərabər qətlə yetirdilər. Bəzən onların protestant məbədlərə hücumuna provaslav keşişlər xeyir-sua verib. Bu “ordu” haqqında eşidəndə mənə elə gəldi ki, onlar provaslav cihadçılardır. İnternetdə mən hətta onların provaslav qaydalara uyğun silahı necə təmizləməli olduğuna dair videoçarxa da baxmışdım.

- Bəs “yaxşı ruslar” vardı?

- Vardı. Bir nəfərin ifadəsi var. Ona bir neçə saat işgəncə vermişdilər. Onlar kameraya qayıdanda kimsə ona gizlincə ağrıkəsici gətirirdi. Demək olmaz ki, qarşı tərəfdə ancaq psixopatlardır. Ancaq belə hadisələr barədə ümumi icitmai rəy var və onlar beynəlxalq cinayət hesab olunur. Bizdə peşəkar işgəncə faktları ilə bağlı məlumatlar var, bu işgəncələrlə Rusiya hərbi kəşfiyyatının əməkdaşları məşğul olublar.

- Hardan məlumdir ki, onlar Hərbi Kəşfiyatdandır?

- Birincisi onlar özü özlərini belə təqdim edirlər. İkincisi isə, onlar Ukrayna ordusunun peşəkar hərbçilərinə işgəncə veriblər. Bu adamlar əvvəllər Sovet ordusunda xidmət ediblər, Əfqanıstanda qulluq ediblər, onlar bu mühiti və metodları bilirlər.

- Bu işgəncələr necə idi?

- Məsələn, qaynar su ilə ağzı yandırır, əzələləri kəsir, yaraya duz əpir, dırnaq altına nəsə soxurlar. İnformasiya almaq üçün hətta kimyəvi vasitələrdən isitfadə edirlər.

- Hansı qurbanlarla görüşlər daha ağır oldu?

- İşgəncəyə məruz qalan qadınlarla danışandan sonra öz- özümə deyirdim ki, görəsən bu cani ilə rastlaşsam nə edərəm? Mən onu öldürməyə hazır idim, məsafə saxlamağa çalışmazdım. Məsafə olmadan işləmək mümkün deyil. Ancaq şahiddən eşidəndə ki, o, hamilə qadına verilən işgəncəni görüb, özünü belə sakit apara bilmirsən. Bilmirik ki, bu qadın sağdır, ya yox.



- Qadınlar nə danışırdılar?

- Onlar ağır işgəncələrin qurbanlarıdır. Hətta bədənlərini bir hissəsi kəsilmişdi. Onların gözü qarşısnda dostlarını öldürmüşdülər, alçaldılmışdılar.

- Bu qadınlar kim idi?

- Onlar adi qadın və qızlar idi. Məsələn, könüllülər ərzaq apararkən əsir düşmüşdülər. Ancaq insanlar təkcə siyasi-ictimai fəaliyyətinə görə əsir düşmürdü. Donbas həbsxanalarında əmlak, gizli evi, maşını olduqlarına görə ora salınan insanlar var. Əvvəl işğal olunmuş ərazilərdə ruslar yerli cinayətkarları silahlandırırdı. Onlara silah verib deyirdilər ki, indi siz burda milissiniz, burda qayda yaradın. Bu seperatçılar qurbanlarını yerli adamlardan seçirdilər. Onların əmlaklarını özününküləşdirənə qədər zirzəmidə saxlayırdılar. Rəsmən bu, satış kimi görünürdü. Müqavimət göstərəni öldürürdülər.

- Rusiyalıların cinayətlərini fərdi, yoxsa ümumi xarakterizə etmək olar?

- Sistemli. Müəyyən edilmiş. İşğal olunan Donbasda ukraynalı məhbusların, hərbi və mülkü şəxslərin saxlandığı yerlər var. Yaxud başqa sözlə desək, işgəncə, ölüm olmayan yerlər çox azıdır. Bizim topladığımız materiallarda bir belə yerin adı çəkilir-İlovaysk. Əsasən Donbas batalyonunun döyüşçüləri əsir düşdükdə yaşadıqlarını danışırdılar. Onlar Donetskdə cəhənnəm yaşamışdlar, sonra İlovayskda komandir onlara demişdi: “Sizə burda heç kəs toxunmayacaq. Siz əsirsiniz”. Bunu isə komandir onunla izah etmişdi ki, onun adamlarıa Donbas batalyonuna əsir düşəndə onlarla məhz belə davranıblar.



- Məlum olan şəxslərin arasında “Atıcı” ləqəbli rusiyalı polkovnik İqor Qirkin varmı? O özü qürrələnirdi ki, Donbasda müharibədə iştirak edib və Donetskdə hətta müdafiə naziri olub.

- Bəli. Onun fəaliyyəti yaxşı sənədləşdirilib. Onun beynəlxalq cinayət məhkəməsində baxılacaq qədər cinayətinin olduğunu söyləmək olar. Qirkin komandir kimi tabeliyindəki adamların əməllərinə cavabdehdir. İkincisi də onun Slavyanskda qərargahı olub. İndi Slavyansk yenə Ukraynanın nəzarəti altındadır. Qirkinin qərargahı insanlara işgəncə verilən zirzəminin düz yanında idi. Şəhərə azı 2 yerdə işgəncə verilən yerlər vardı. Qirkinin imzası ölüm hökmlərini altında durur.

- Qirkinin “üçlüyü” nə qədər adama hökm çıxarıb?

- Bilmirik. Slavyanskda kütləvi məzarlıqlar tapılıb. Ancaq bu da hələ son deyil. İnsanı güllələmək üçün heç bir ittiham lazım deyildi. İfadələrdən görünür ki, edamlar gündəlik iş idi.



- Bəs Donetsk və Luqanskın “liderləri"?

- Donetskin “baş naziri” Zaxarçenko və başqa liderlər hərbi cinayətlərdə günahkardır. Onlar komanda verən şəxslər kimi bu hadisələrin olduğu yerlərdə olublar. Bizdə Borodayla bağlı da şahid ifadələri var. Bu adam Kremlə bağlıdır, onu Donetskə Moskvadan göndəriblər. Bizim danışdığımız, işgəncə görmüş əsirlərdən birinin qohumu rəis kimi ona müraciət etmişdi. O isə əsirin müqabilində milyon dollar rüşvət istəyirdi.

- Milyon?

- Bu, adı əsir deyildi. Biz belə güman edirdik ki, onu Moskvaya aparıb Nadya Savçenko ilə birlkdə mühakimə etməyə hazırlaşırlar. Ancaq o görəndə ki, heç nə alınmayacaq, əsiri güllələməyi əmr etdi. Bu adam ancaq ona görə sağ qaldı ki, edama gedən yerdə -qəbiristanlıqda onu başqa qrup “götürdü”.

- Başqa qrup?

- Bilirəm bu necə səslənir, ancaq orda məhz belədir. Əsiri rəqib qrup götürdü. Onu aparıb ukraynalıların əlində olan bir nəfərlə dəyişdilər. Mən ifadələri toplayanda mənə elə gəlirdi ki, digər tərəfdə seperatçı, yaxud rusiyalı qrup deyil, cinayətkar qrup dayanıb. Onlar soyğunçuluqda bir-biri ilə rəqabət edir, bir-birindən əsir götürürdülər ki, onların müqabilində pul alsınlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.