Şamaxıda müəllimlərdən 50 manatdan yığım başlanıb. Prosesin icra başçısının təlimatı əsasında həyata keçirildiyi deyilir.
TİA.AZ xəbər verir ki, həmin pulun yığılmasının dəqiq səbəbi məlum deyil.
Məlumatda vurğulanır ki, təhsil şöbəsinin müdirinin təlimatı əsasında həyata keçirilən yığım kampaniyasının rayonda abadlıq işlərinə sərf olunacağı deyilir. İddia edilir ki, Təhsil Şöbəsinə də belə bir addımın atılmasını icra başçısı Asif Ağayev verib. Qarşı tərəfi də dinləməyə hazırıq.