Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA

12-05-2020, 10:33           
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA
Bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin vəfat etməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib ki, Ramiz Mehdiyevin ölümü ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Ramiz Mehdiyev yox, mənim oğlum dünyasını dəyişib", - o deyib.

Qeyd edək ki, mayın 6-da mətbuatda Ağahüseyn Şükürovun 27 yaşlı oğlu Nuranın dəhşətli yol qəzasında vəfat etməsi barədə məlumat yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru