Hərbi Akademiyada təhsil müddətinin dəyişdirilməsi barədə rəsmi açıqlama - "Həqiqəti əks etdirmir"

12-05-2020, 15:25           
Hərbi Akademiyada təhsil müddətinin dəyişdirilməsi barədə rəsmi açıqlama -
Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi, magistratura sisteminin ləğv olunması və bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi barədə xəbərlərə münasibət bildiirb.

"Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

“Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında tədrislə bağlı heç bir dəyişiklik yoxdur. Bu haqda yayılan informasiyalar həqiqəti əks etdirmir”, - Müdafiə Nazirliyindən vurğulanıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi və magistratura sisteminin ləğv olunması ilə bağlı məlumat yayılıb. Eyni zamanda bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi iddia olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru