Baş Nazir yeni qərar imzaladı: " Torpaq sahibləri qazıntı zamanı tapıntıları nazirliyə verməlidir "

17-05-2020, 15:33           
Baş Nazir yeni qərar imzaladı: " Torpaq sahibləri qazıntı zamanı tapıntıları nazirliyə verməlidir "
“Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na dəyişikliklər edilib.
Teref.az-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklərə əsasən, bundan sonra mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Amma qazıntılar zamanı aşkar edilmiş tapıntılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilməlidir.

Bundan başqa, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran nadir geoloji və mineraloji törəmələr, meteoritlər, paleontoloji, arxeoloji və digər obyektlər aşkar edilərkən işlər dayandırmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu barədə dərhal məlumat verməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru