"Zahid , demə :"Dünya nə sənindir , nə mənimdir " REKVİEM

23-05-2020, 08:40           
"Zahid , demə :"Dünya nə sənindir , nə mənimdir "  REKVİEM
Zahid , demə :"Dünya nə sənindir , nə mənimdir " ,
Sən sevmədiyin cümlə bu yerlər Vətənimdir ,
Verməm Vətənin bir qarışın yadlara əsla !
Şəfqətli anamdır bu mənim , can verənimdir !...
Hər dəfə Ermənistan işğal etdiyi Vətənimizdə Hərbi tə'limlər keçirəndə , yanımda - "buna baxe , dığalar torpaqlarımızda at oynadır , biz isə heç nə edə bilmirik" deyənlərə ...
Ürəyim öz yağında qovrula-qovrula - xalxın öz işidir əziyyətlə , qan töküb aldığı torpaqlardı . Torpaq onun , yer onun , nə istəsə etməyə haqqı var cavabını vermişəm ...
Məni qınayanların hamısını dünən bir sıra düzüb , elə sol əllə Hərbi salam verməyim gəldi ... !!!
Hələ adi bir gündə dili dolaşıb öz ad-soyadınn yerini dəyişik deyən cənab Generalı da çağırardım o sıraya .
Sən qarşında erməni görsən nə edərsən cənab General ??? Biz sizlərə güvənib müharibə tələb edirik ...
Görürsünüz necə kirimişcə qəbul etdik . ?
Adı bizim , dadı özgənin olan Vətənimiz artıq 30 ildir ermənilərin torpağıdır .
Biz ha Vətən deyək , biz ha Qarabağımız deyək .
Sonuc ???!!!
- 10 saatdan artıq davam edən döyüşdə 1860 yaralının qanı ...
- həlak olan 480 insanın cəsədi ...,
- öz yurdundan didərgin düşən 22 min köçkünün naləsi ...
- Əsir götürülmüş , bu günəcən taleyi barədə məlumat olmayan 68 soydaşımızın çarəsizliyi tökülən Şuşamızda ermənilər at da oynadır , oğul da əkir , Şuşa üğrunda vuruşmağa əsgər də yetişdirir . Çünki
Şuşa ermənilər üçün çox müqəddəsdir . Onların qədim-tarixi arzuları olduğu üçün .
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Bizsə Şuşanı ancaq yuxuda görürük , sağlığına içirik , Şuşa üçün heç nə etmədiyimiz bu ildə , gələn il Şuşanın gəlməyini arzulayırıq .
Gülməlidir deyilmi ??
Illərdir Lazımı gözləməkdənsə , məncə Pənahəli Xana pənah aparsaydıq kişi çoxdan dirilmişdi . Amma rəhmətliyin dəfn edildiyi yer də ermənilərdədi deyə deyəsən heç o da bizə pənah gətirə bilməyəcək .
Şuşanın dili olsaydı dünən gecə bizə nə deyərdi ??
- "Sevdiyi oğlanı gözləyən namuslu qız kimi ümidlə 28 ildir bakirəliyimi qorudum , onu gözlədim. O da getdiyi yerdə bərli-bəzəkli karopkalara , daş divarlara , yalan vədlərə aldanıb məni unutdu , gəlmədi . Heç olmasa 3 günlüyümü Bakı bulvarında atəşfəşanlıqla keçirin ."
Deyərdi , vallah deyərdi ...
Maya Quliyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru