Mərkəzi Bankın sədr müavini ilə Akif Çovdarovun əlaqəsi olduğu iddia edilir...
9-01-2016, 22:14
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev vəfat edəndən sonra xeyli müddət qurum başsız qalıb.
teref.az yazır ki, nuh.az-a daxil olan məlumata görə, komitə sədrliyi uğrunda iki namizəd arasında xeyli mübarizə gedib.
Namizədlərdən biri Nizami rayonunun o zamankı başçısı Tahir Budaqov, digər namizəd isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, sədrin müavini Aftandil Babayev olub.
Məlumatda bildirilir ki, Aftandil Babayevin MTN-lə sıx əlaqələri olub. Belə ki, Aftandil Babayevin xahişini lazımi şəxslərdən də Elman Rüstəmov xahiş edibmiş.
Məlumatlı mənbə redaksiyamıza bildirib ki, Elman Rüstəmov 1-ci devalvasiyaya görə, ölkənin birinci şəxsinin yanında hörmətdən düşdüyü üçün xahişi keçməyib.
Sonra məsələyə Aftandil Babayevin həmyerlisi və dostu olan MTN generalı Akif Çovdarov qoşulub. Onun da çabalarına baxmayaraq, sonda ölkə başçısı bu ilin avqust ayında Nizami RİH-nin başçısı Tahir Budaqovu Dövlət Statistika Komitəsinə sədri təyin edib.
Qeyd edək ki, 2 il əvvəl Aftandil Babayev ölkənin bank sisteminin inkişafında xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub.
Tahir Budaqov isə xeyli müddət ARDNŞ-ın rəhbərliyində olan şəxslərdən birinin "kurasiya”sında olub. Məclislərin birində Tahir Budaqov "kurator”unu savadsız adlandırdığı üçün yolları ayrılıb.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.