Bu gün aprel müharibəsinin qəhrəmanlarından biri, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucov doğum günüdür.
Cebhe. info xəbər verir ki, Raquf İbrahim oğlu Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub.
Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Dəfələrlə düşmən cəbhəsinə kəşfiyyata gedən igid zabit 2016-cı ilin aprel savaşlarında qəhrəmancasına şəhid olub. “Murov qatralı” ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Allah rəhmət eləsin.